Ana Sayfa > Karusel / Gündəm > NATO İsveç və Finlandiya ilə birlikdə təlimlərə başladı
NATO İsveç və Finlandiya ilə birlikdə təlimlərə başladı5-06-2022, 19:06. Yazar: Admin |
Bu gün, İsveç və Finlandiyanın iştirakı ilə NATO-nun Baltik dənizində "illik Baltops-22" hərbi dəniz manevri başlayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi saytında qeyd olunub. Məlumata görə, alyansın 14 üzvünün iştirakı ilə başlayan hərbi təlim iyunun 17-dək davam edəcək və təlimlərə 75 təyyarə, 45 gəmi, 7 mindən çox dənizçi, pilot və dəniz piyadası cəlb olunub. Stokholmda olan Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Millin bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması Rusiyanı Baltik dənizində çətin hərbi vəziyyətə salacaq: “Baltik dənizi strateji baxımdan çox vacibdir. Dünyanın ən böyük dəniz zolaqlarından biridir. Baltik dənizində hər gün 1500-2000 ticarət gəmisi üzür. Biz uzun illərdir ki, İsveç və Finlandiya Silahlı Qüvvələri ilə yaxından işləyirik və onlar nəhayət NATO-ya qoşulsalar, onların böyük potensialı olacaq. Bu, eyni zamanda ümumi işə, qaydalara əsaslanan beynəlxalq nizama və böyük ölkələrin nəticələri olmadan kiçik ölkələri işğal edə bilməyəcəyi ideyasına sadiqliyini nümayiş etdirir", - deyə Mark Mill bildirib. Geri dön |