Ana Sayfa > Karusel / Gündəm > ABŞ Ukraynaya Mi-17 helikopterlərini göndərir

ABŞ Ukraynaya Mi-17 helikopterlərini göndərir


5-06-2022, 18:23. Yazar: Admin

Rheinmetall i Sikorsky wspólnie z ofertą CH-53K dla Niemiec. Gra o 3 mld euro | Defence24

Amerika Birləşmiş Ştatları Ukraynaya Mi-17 helikopterlərini göndərir.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqram səhifəsində yazıb.

“Ukrayna üçün Mi-17-lər artıq ABŞ Hərbi Hava Qüvvələri bazasında təyyarələrə yüklənir ”, - o bildirib.

Qeyd edək ki, ABŞ Əfqanıstana göndərilməsi nəzərdə tutulan Mi-17 helikopterlərini Ukraynaya təhvil vermək planlarını açıqlamışdı.

İlk dəfə 1981-ci ildə Parisdə keçirilən aviasiya-kosmik sərgisində nümayiş etdirilən Mi-17 helikopteri Rusiyanın Kazan və Ulan-Udedəki zavodlarında indiyə qədər 12 000 ədəddən çox istehsal edilib.

“Mi-17” helikopteri “Mi-8”in modifikasiyası kimi tanınır. Konstruksiyası əsasən “Mi-8” kimidir, həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunur. Helikopterə 24-ə qədər sərnişin və 12 sanitar xərəyi yerləşir.

Єрмак показав фото, як США відвантажують для України "гарних пташок" - Новини США | Сьогодні


Geri dön