Ana Sayfa > Karusel / Gündəm > ÜTT-də ilk dəfə "Turkey" əvəzinə "Türkiye" istifadə edildi

ÜTT-də ilk dəfə "Turkey" əvəzinə "Türkiye" istifadə edildi


4-06-2022, 23:50. Yazar: Admin

ÜTT-də ilk dəfə

Birləşmiş Millətlər Təşkilatının xarici dillərdə “Turkey” kimi istifadə edilən ölkənin adını “Türkiye” olaraq dəyişdirməsindən sonra İsveçrənin Cenevrə şəhərindəki Ümumdünya Ticarət Təşkilatında ilk dəfə ölkə adı “Türkiye” olaraq istifadə edilib.

Qarabaginfo.az xəbər verir ki, bu haqda Türkiyənin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanında Daimi Nümayəndəliyinin tviter hesabından məlumat qeyd olunub.

Məlumatda ÜTT-nin 12-ci Nazirlər Konfransı (MC12) ərəfəsində keçirilən sessiyada ölkənin adının ilk dəfə olaraq “Türkiye” kimi istifadə edildiyi bildirilib.

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə BMT Türkiyənin beynəlxalq adını təsdiqləyib.


Geri dön