Ana Sayfa > Karusel / Sosial > Nazirlik: Koronavirusa görə 260 məhkum şərti azadlığa buraxılıb
Nazirlik: Koronavirusa görə 260 məhkum şərti azadlığa buraxılıb30-04-2020, 19:29. Yazar: Admin |
“Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib, vətəndaşlarla görüşlərin dayandırılıb, məhkumlar tibbi avadanlıqlarla təmin olunub. Bütün bundan infeksiyanın qarşısının alınmasına yönəlib”. Qarabaginfo.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə virusa yoluxma riskli olan 65 yaşdan yuxarı 176 məhkum azadlığa buraxılıb: “Humanizm siyasətinin təzahürü olaraq 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb”. Geri dön |