Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > VII Beynəlxalq Sosial Elmlər Konqresi Şuşada yekunlaşıb
VII Beynəlxalq Sosial Elmlər Konqresi Şuşada yekunlaşıb4-06-2022, 22:13. Yazar: Admin |
|
ADA Universitetində öz fəaliyyətinə başlayan 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi iyunun 4-ü Şuşa paneli ilə yekunlaşıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Şuşa Real məktəbinin önündə bağlanış mərasimi keçirilən Konqres Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, ADA Universiteti və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Bağlanış mərasimində ADA Universitetinin prorektoru, səfir Hafiz Paşayev, İstanbul Mədəniyyət Universitetinin nümayəndələri İhsan Fazlıoğlu və Zəhra Bilgin, Tokat Gaziosmanpaşa Üniversitetinin rektoru Bünyəmin Şahin, Marmara Universitetindən Ömər Türkər və Millət vəkili Rafael Hüseynov çıxış ediblər. Geri dön |