Ana Sayfa > Karusel / Gündəm > ABŞ-da ticarət mərkəzində atışma olub, yaralananlar var
ABŞ-da ticarət mərkəzində atışma olub, yaralananlar var4-06-2022, 21:29. Yazar: Admin |
ABŞ-ın Arizona ştatının Feniks şəhərində ticarət mərkəzində atışma baş verib. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə CBS telekanalı məlumat yayıb. Atışma nəticəsində azı 9 nəfər yaralanıb. Zərərçəkənlərdən üçü həyati təhlükəsi olan xəsarətlər alıb. Polisin məlumatına görə, yaralıların yaşı 17-24 arasındadır. İnsident 100-ə yaxın insanın olduğu ticarət mərkəzində qeydə alınıb. Telekanala görə, yaxınlıqdakı küçələr bağlanıb, araşdırma aparılır. Geri dön |