Ana Sayfa > Karusel / Gündəm > Kuleba Makrona cavab verib
Kuleba Makrona cavab verib4-06-2022, 17:40. Yazar: Admin |
"Rusiyanı aşağılamaqdan çəkinməklə bağlı çağırışlar yalnız Fransanın özünü aşağılaya bilər". Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib. "Rusiyanı aşağılamaqdan çəkinməklə bağlı çağırışlar yalnız Fransanı və belə çağırış edən hər bir ölkənin özünü aşağılaya bilər. Çünki özünü alçaldan Rusiyadır. Hamımız Rusiyanı öz yerinə necə otuzduracağımıza diqqət yetirməliyik. Bu, sülh gətirəcək və insanların həyatını xilas edəcək", - Kuleba bildirib. Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron yerli mətbuata müsahibəsində Ukraynada döyüşlər dayandırıldıqdan sonra diplomatik həll yolunun tapılması üçün Rusiyanın alçaldılmamasının həyati əhəmiyyət daşıdığını deyib və Parisin münaqişənin sona çatması üçün vasitəçi rol oynayacağına inandığını bildirib. Geri dön |