Ana Sayfa > Karusel / Gündəm > Erməni ekspert: “Azərbaycan Zəngəzurda möhkəmləndirmə işləri aparır”
Erməni ekspert: “Azərbaycan Zəngəzurda möhkəmləndirmə işləri aparır”4-06-2022, 12:46. Yazar: Admin |
“Azərbaycan öz Silahlı Qüvvələrinin nəzarəti altına yeni ərazilər götürərək sürünən formada (səssiz, kiçik addımlarla) Zəngəzur bölgəsini fəth edir”.
Qarabaginfo.az xəbər verir ki, bunu “Telegram” kanalında erməni türkşünas Varujan Geğamyan yazıb.
O iddia edib ki, eyni zamanda Azərbaycan Zəngəzurda möhkəmləndirmə işləri aparır, növbəti hücumlar üçün zəmin yaradır. “Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər gün ambisiyaları barədə demək olar ki, açıq danışırlar. Və niyə mübarizəyə çıxmadığımızla bağlı heç bir əsaslandırma yoxdur, artıq bu işləmir”, - deyə Geğamyan qeyd edib. Geri dön |