Ana Sayfa > Karusel / Gündəm > Bakıda minik maşını "Kamaz"la toqquşdu: ölən var

Bakıda minik maşını "Kamaz"la toqquşdu: ölən var


4-06-2022, 12:42. Yazar: Admin

 

Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Aqil Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən paytaxt sakini T.Yolçuyevin idarə etdiyi “Kamaz” markalı avtomobilə vurub.

Daxili İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, nəticədə A.Məmmədov hadisə yerində ölüb, sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 


Geri dön