Ana Sayfa > Karusel / Gündəm > İstanbulda azərbaycanlı qadın güllələndi - Foto
İstanbulda azərbaycanlı qadın güllələndi - Foto4-06-2022, 12:34. Yazar: Admin |
İstanbulun Avcılar rayonunda Hüsniyyə Bayramova adlı azərbaycanlı qadın şəxsiyyəti hələlik müəyyən olmayan şəxs tərəfindən güllələnib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb. Hadisənin ötən gün saat 22:00 radələrində Dənizköşklər məhəlləsində baş verdiyi bildirilir. Naməlum şəxs tərəfindən Azərbaycan vətəndaşı Hüsniyyə Bayramovaya tapança ilə atəş açılıb və o, ayağından yaralanıb. H. Bayramovanın qonşusu isə onun bir dostu ilə birlikdə yaşadığını deyib: “Axşam 22:00 radələri idi. Silah səsini eşitmədik. Polislər gəldilər. Qonşum birinci mərtəbədə qalırdı, əcnəbi idi. Ayağından güllələnibmiş. Bir dostu ilə qalırdı. Onun vurub-vurmadığını bilmirik. Təcili yardımla xəstəxanaya yerləşdirdilər”.
Geri dön |