Ana Sayfa > Karusel / Dünya > Blinken: "Qərb Ukraynada döyüşləri uzatmağa çalışmır"

Blinken: "Qərb Ukraynada döyüşləri uzatmağa çalışmır"


4-06-2022, 07:44. Yazar: Admin

Blinken: “Qazaxıstan hakimiyyəti KTMT olmadan da iğtişaşların öhdəsindən gələ bilər”

"Qərb Ukraynada döyüşləri uzatmağa çalışmır".

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin yazılı açıqlamasında deyilir.

"Biz bir daha Rusiya Prezidentini müharibəyə və onun səbəb olduğu qlobal təlatümlərə dərhal son qoymağa çağırırıq. Nə ABŞ, nə də müttəfiqlərimiz Rusiyaya zərər vermək üçün bu müharibəni uzatmağa çalışırlar", - Blinken qeyd edib.

Dövlət katibinin sözlərinə görə, ABŞ Rusiya vətəndaşlarına hörmətlə yanaşır və onları düşmən kimi görmür.

Eyni zamanda, Blinken ABŞ-ın Ukraynanın hərbi potensialını gücləndirməyə çalışmaq istəyini vurğulayıb.

“Birləşmiş Ştatlar gələcək təcavüzün qarşısını almaq, eləcə də demokratik, müstəqil, suveren və firavan Ukrayna istəyir”, - bəyanatda deyilir.

Blinken əlavə edib ki, ABŞ Ukraynanı dəstəkləyir, ona suverenlik və ərazi bütövlüyünü qorumaqda kömək edəcək.


Geri dön