Ana Sayfa > Karusel / Region > Ukrayna 12 mindən çox rusiyalının daxil olduğu yeni sanksiya siyahısı hazırlayıb
Ukrayna 12 mindən çox rusiyalının daxil olduğu yeni sanksiya siyahısı hazırlayıb4-06-2022, 06:34. Yazar: Admin |
Ukrayna 12 mindən çox rusiyalının daxil olduğu yeni sanksiya siyahısı hazırlayıb. "Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko deyib. "Biz tərəfdaşlarımızla Rusiyanın Ukraynaya qarşı hərəkətlərində iştirak edən hər kəsə qarşı sanksiyaların tətbiqi üzərində işləyirik. Ukrayna patriarx Kirill və milli təhlükəsizliyə xələl gətirən Rusiya vətəndaşlarına qarşı sanksiyaların tətbiqinə davam edəcək. Yeni siyahıya oliqarxlar, dövlət məmurları, hərbi rütbəlilər daxildir", - Nikolenko vurğulayıb. Bundan əvvəl bildirilib ki, Rusiyaya qarşı sanksiyaların yeddinci paketi hazırlanır. Geri dön |