Ana Sayfa > Karusel / Sosial > Koronanın yayıldığı laboratoriya: Bu ölkə pul ayırırmış
Koronanın yayıldığı laboratoriya: Bu ölkə pul ayırırmış30-04-2020, 12:21. Yazar: Admin |
Çinin Uhan şəhərində koronavirusun yayıldığı iddia edilən laboratoriyanın ABŞ-dan maliyyələşdirildiyi bildirilib. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ mediasında məlumat yayılıb. Məlumatda ABŞ-ın Milli Allergiya və İnfeksiya Xəstəlikləri İnstitutunun Çinin Uhan şəhərində yarasalar üzərində koronavirus araşdırmaları aparan laboratoriyanı maliyyələşdirdiyi vurğulanıb. Laboratoriyaya ayrılan maddi vəsaitlərin həcmi isə 7.4 milyon dollardır. Məlumata görə, institut ötən həftə laboratoriya ilə əməkdaşlığını dayandırıb. Qeyd edilib ki, Donald Tramp administrasiyası koronavirusun süni yolla yayıldığına dair şübhəsi var. Bu iddiaya görə, infeksiyanın yayıldığı mənbə Uhan Virusologiya İnstitutunun laboratoriyasıdır. Teleqraf.com Geri dön |