Ana Sayfa > Karusel / Gündəm > "Norway Chess": Məmmədyarov və Rəcəbov qələbə qazanıb

"Norway Chess": Məmmədyarov və Rəcəbov qələbə qazanıb


3-06-2022, 23:47. Yazar: Admin

Пятилетний шахматист из Томска получил юношеский разряд после обращения к Матыцину - Opera News

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində növbəti görüşlərini keçiriblər.

Qarabaginfo.az-ın məlumatına görə, Məmmədyarov yarışın dördüncü günündə çinli Van Haonu qara fiqurlarla məğlub edib

37 yaşlı qrossmeyster 7 xalla 4-cü pillədə qərarlaşıb.

Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla ağ fiqurlarla heç-heçəyə razılaşıb. 35 yaşlı şahmatçı ikinci görüşdə rəqibini məğlub etməyi bacarıb. 3 xala malik olan qrossmeyster hazırda 8-cı sıradadır.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.


Geri dön