Ana Sayfa > Karusel / Gündəm > Aİ Rusiyanın Milli Hesablaşma Depozitarisinə qarşı sanksiya tətbiq edib
Aİ Rusiyanın Milli Hesablaşma Depozitarisinə qarşı sanksiya tətbiq edib3-06-2022, 21:08. Yazar: Admin |
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketinə qiymətli kağızlara, o cümlədən Rusiyanın dövlət borclarına xidmət üçün istifadə edilən Rusiyanın Milli Hesablaşma Depozitarisini (MHD) və daha 17 hüquqi şəxsi daxil edib. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, sənədin tam mətni Aİ-nin rəsmi jurnalında dərc olunub. MHD Rusiyanın qeyri-bank təşkilatı və Rusiyanın mərkəzi depozitarisidir, onun 99,99%-i Moskva Birjasına məxsusdur və MHD onun hesablaşma depozitarisidir. Siyahıya həmçinin “Oboronenerqo”, “Voentelekom”, “Voentorq”, “Kamaz”, UAZ, “Tatneft-Neftexim” və “Remdizel” də daxildir. Geri dön |