Ana Sayfa > Karusel / Gündəm > Koreya idxalçılarının Azərbaycana ticarət missiyası təşkil olunacaq

Koreya idxalçılarının Azərbaycana ticarət missiyası təşkil olunacaq


3-06-2022, 19:20. Yazar: Admin

Koreya idxalçılarının Azərbaycana ticarət missiyası təşkil olunacaq

Koreya idxalçılarının Azərbaycana ticarət missiyasının təşkili müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, qeyd olunan məsələyə AZPROMO-nun rəhbəri Yusif Abdullayevlə Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Ben-Kvan (Kim Byung-Kwan) arasında keçirilən onlayn görüşdə toxunulub.

 

Tərəflər həmçinin Azərbaycan ixracatçıları və Koreya idxalçıları arasında praktiki tədbirlərin keçirilməsi məsələlərinə də müzakirə ediblər. AZPROMO-nun rəhbəri ölkədə ixrac imkanlarının artırılması, "Made in Azerbaijan" brendinin təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan-Koreya iqtisadi əlaqələri barədə danışıb.

Görüşdə həmçinin AZPROMO-nun Koreyanın biznes və ticarət təşkilatları, o cümlədən Koreya Beynəlxalq Ticarət Assosiasiyası (KITA), Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə əməkdaşlığı, qarşılıqlı biznes əlaqələrinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.


Geri dön