Ana Sayfa > Karusel / Gündəm > Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb

Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb


3-06-2022, 18:17. Yazar: Admin

Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Norveçin Azərbaycandakı qeyri-rezident səfiri Erlinq Skyonsberqlə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, norveçli diplomat bu barədə "Twitter"də bildirib.

 

“Fikir mübadiləsinə görə Hikmət Hacıyevə minnətdaram. Norveç sülhün olduğu, firavan Cənubi Qafqazı dəstəkləyir”, - o qeyd edib.

Qeyd edək ki, Norveçin Azərbaycandakı səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir.


Geri dön