Ana Sayfa > Karusel / Region > Rus əsgərləri üsyana qalxdı: “Ac-susuz qalmışıq”
Rus əsgərləri üsyana qalxdı: “Ac-susuz qalmışıq”3-06-2022, 17:36. Yazar: Admin |
Ukraynada müharibə başlayandan bəri ac və dərmansız olduqlarını deyən rus əsgərləri kameralar qarşısına keçərək Prezident Vladimir Putinə qarşı üsyan qaldırıblar.
Qarabaginfo.az xəbər verir ki, sosial mediada geniş əks-səda doğuran videoda bölük komandiri əsgərləri ölümə göndərdiklərini deyib.
Məlumata görə, rus əsgərləri də etiraza qoşularaq, Ukraynada yaşadıqları bəlalardan şikayətlənir, əmrlərə tabe olmur və silahlarını yerə qoyaraq döyüşdən qaçırlar.
Dünya mətbuatı rus əsgərlərinin səs yazılarını dəfələrlə yayıblar, lakin bu dəfə əsgərlər öz istəyi ilə kamera qarşısına keçərək Putinə səsləniblər.
Əsgərlərin lazımi avadanlıq və tibbi xidmətlə təmin olunmadığını deyən bölük komandiri heç bir halda hərbi xidmətə çağırılmamalı olan xroniki xəstələrin də müharibəyə məcburi aparıldığını etiraf edib.
"113-cü atıcı alayın 5-ci piyada batalyonu Ukraynanın Xerson vilayətində ön cəbhədə idi. Həmin vaxt şəxsi heyət soyuq və aclığa qalib gəldi, biz maddi yardım, tibbi ləvazimat və yeməksiz döyüşə bildik. Bizim batalyonda elə adamlar var ki, Donetsk Xalq Cümhuriyyətinin qanunlarına görə əsgərliyə getməli deyillər. Xroniki xəstəlikləri, psixi problemləri olan insanlar var. Zabitlərinizə hörmət edin. Əsgərlərinizi ölümə göndərməkdən nə əldə etmək olar?", - videomüraciətdə deyilir.(Modern.az) Geri dön |