Ana Sayfa > Karusel / Region > Maral buynuzu vannaları Putini əzablı ölümün pəncəsindən xilas edəcəkmi?..

Maral buynuzu vannaları Putini əzablı ölümün pəncəsindən xilas edəcəkmi?..


3-06-2022, 17:33. Yazar: Admin
Maral buynuzu vannaları Putini əzablı ölümün pəncəsindən xilas edəcəkmi?..
"Son onilliklər ərzində Kremldə hakimiyyət uğrunda belə şiddətli mübarizə getməyib"
"Putin epoxasının sonu aydın şəkildə sezilməkdədir" 
"Özünün 70 illiyinə Stalin iki insult keçirib, Brejnev isə faktiki olaraq işlərdən kənarlaşıb" 
Mart ayında Putini öldürmək istəyiblər, apreldə Rusiya prezidenti müalicə kursu keçib, o, daha "ölümcül xəstə" deyil... 
Mart ayında Rusiyanın dövlət başçısı Vladimir Putinin həyatına sui-qəsd olub, aprel ayında o, inkişaf edən onkoloji xəstəlikdən müalicə kursu keçib. 
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın "Newsweek" jurnalı Amerikanın kəşfiyyat birliyindəki üç mənbəyə istinadən məlumat verib. 
Məqalədə qeyd edilir ki, bu, Ağ ev üçün hazırlanan və Rusiya liderinin sağlamlıq vəziyyətini təhlil edən dördüncü sənəddir. Nəşr digər belə arayışların hazırlanması və təqdim edilməsi müddətlərini dəqiqləşdirmir.
 
Müəllif göstərib ki, yeni sənəddə pasiyentin səhhətinin yaxşılaşması qeyd edilir, hərçənd, vəziyyətin əvvəlki təhlilində onun səhhətinin son dərəcə neqativ olduğu deyilib.
 
Ekspertlər Putinin sağlamlıq vəziyyətinin təhlilində hətta açıq məlumatlardan da istifadə edib: buraya Rusiya prezidentinin ictimaiyyət üçün açıq tədbirlərindən foto və videomateriallar da daxildir.
 
Mənbələrdən biri bəyan edib ki, Putin hakimiyyəti daha mütləq xarakter daşımır, hərçənd, əvvəlkitək güclüdür. Mənbə həmçinin bəyan edib ki, son onilliklər ərzində "Kremldə hakimiyyət uğrunda belə şiddətli mübarizə getməyib". Onun sözlərinə görə, orada, Kremldə "Putin epoxasının" sonunu aydın şəkildə hiss edirlər.
 
Məqalədə Rusiya dövlət başçısının həyatına guya edilən sui-qəsdin təfsilatları barədə yazılmayıb.
 
Bundan əvvəl Rusiya prezidentinin həyatına sui-qəsd barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Boqdanov məlumat verib. Onun sözlərinə görə, Rusiya liderinin həyatına hansısa "Qafqaz nümayəndələri" tərəfindən sui-qəsdə cəhd edilib.
 
Rusiya liderinin sağlamlıq vəziyyəti çoxdandır ki, KİVl-lərin gündəliyinin əsas mövzusuna çevrilib.
 
"Layihə" tədqiqatının müəllifləri iddia edib ki, özünüb 70 illik yubileyinə Rusiyanın dövlət başçısı xəstəliklər "buketi" və tibbi xarakterli problemlərlə qədəm qoyur.
 
Jurnalistlər qeyd edib ki, Stalin özünün 70 illiyinədək iki insult keçirib, Brejnev faktiki olaraq işlərdən kənarlaşıb. "Televiziya görüntülərinə əsaslansaq, Rusiya prezidentini həqiqətən də öz sələfləri ilə müqayisə etmək olmur-o, idmanla məşğul olur, tayqada gəzir və uzaqbaşı soyuqdəymə ilə xəstələnir. Bu telesüjetlərə inansaq, Putin üçün ölkəni 2036-cı ilədək idarə etmək çətin olmazdı, bunu ona Konstitusiya da imkan verir. Bu, belədirmi? - tədqiqatçılar sual edib.
 
Onlar qeyd edib ki, prezident postunda olduğu ilk müddətlərdə (güman ki, söhbət 2000-2008-ci illərdən gedir) Putin praktiki olaraq sağlamlıqla bağlı problemlərinə diqqət yetirməyib.
 
Putinin sağlamlıqla bağlı probleminin ilk əlaməti olaraq 2012-ci ildəki videonu hesab etmək olar.
Noyabrın 4-də Putin Qırmızı Meydanda Minin və Pojarskinin abidəsi önünə gül qoyub. Rusiya televiziyası bu mərasimi yayınlamayıb, Kremlin saytında kadrlar yerləşdirməyib. Məsələ bundadır ki, tədqiqatçıların yazdığına görə, Putin axsayıb. O qədər güclü axsayıb ki, Rusiya prezidenti administrasiyasının mətbuat xidməti informasiya agentliklərinə bu barədə danışmağı qadağan edib.
 
"Hər bir idmançıda olduğu kimi, onun da beli, əlləri, ayaqları bir az ağrıya bilər, amma bu, onun iş qabilyyətinə heç vaxt təsir etməyib", - bunu prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
 
Axsamağının səbəbi Putinin 2000-ci illərdə atdan yıxılması olub, elə alınıb ki, Putin "heç ayaq üstə qalxa bilməyib", bundan sonra uzun müddət müalicə kursu keçməli olub.
 
Məhz atdan yıxılandan sonra axsaması və özünü pis hiss etməsi səbəbindən Kremldə "konservlər"i mənimsəməyə məcbur olublar: bu, Putinin ictimaiyyətlə görüşlərinin əvvəlki kadrlarını dərc etməklə uzun müddət jurnalistlərin diqqətindən yayınmağa imkan verib.
 
Təqdiqatda Putinin "yoxa çıxmasının tarixləri də göstərilib: 2012-ci ilin noyabrı, 2015-ci il 5-15 martı, 2017-ci ilin 9-16 avqustu, 2018-ci ilin fevralı, 2021-ci ilin 13-29 sentyabrı.
 
Tədqiqatda iddia edilib ki, Putin sağlamlığını qaydaya salmaq üçün Sergey Şoyqunun məsləhəti ilə buynuz vannaları qəbul etməyə başlayıb.
 
"Yazda Altay marallarının buynuzları çox böyük sürətlə, sutkada bir neçə santimetr uzanır. Bu dövrdə buynuzlar hələ sümükləşmir, onlar yumşaq olur və qanla doludur. Buynuz ekstraktının müalicəvi təsiri olduğu deyilir-guya, indanların buynuz vannalarını qəbul etməsi faydalıdır, bununla bağlı hətta pantokrin istehsalının sənayesi də var. Bunadək maralları xüsusi dəzgahda sıxaraq canlı buynuzlarını mişarla kəsirlər. Bu, sanki insanın diri-diri dırnaqlarının çıxarılmasına bənzəyən işgəncədir", -tədqiqatda belə deyilib.
 
Məhz Şoyqu, Fövqəladə Hallar naziri olarkən, Rusiya siyasi elitası arasında ilk olaraq belə vannaladan istifadə edib. O, Putinə belə vannaları qəbul etməyi tövsiyə edib, inandırıb ki, bu prosedur ürək-damar sisteminin işini yaxşılaşdırır və dərini cavanlaşdırır. Sonradan Putin Altayda olarkən dəfələrlə bu prosedurdan yararlanıb. Hərçənd, buynuz vannalarının faydası haqqında bir dənə də inandırıcı sübutu barədə elmə məlum olmadığını Putinə məlumat veriblər.
 
Məqalədə prezidentin qeyri-ənənəvi tibbi praktikaya marağı qeyd edilib, baxmayaraq ki, Putinin ailə üzvlərindən çoxunun tibbi təhsili var.
Tədqiqatçıar iddia edib ki, son zamanlar Putin Kuntsevoda yerləşən Mərkəzi Klinik Xəstəxanasını tez-tez ziyarət edir, orada Rusiya liderinin "fərdi həkimləri şöbəsi" var. Həkimlərdən biri reanimatologiya, kəskin xəstəliklər, travmalar və zəhərlənmələr zamanı təcili yardımın göstərilməsi sahələri üzrə ixtisaslaşıb. Bundan başqa, "Putinin həkimləri" briqadasına onkologiya üzrə mütəxəssislər daxildir.
 
"Layihə" tərəfindən Mərkəzi Klinik Xəstəxanası ilə mehmanxanalar arasında təmasların araşdırılması nəticəsində belə nəticəyə gəlmək olur ki, 2016-2017-ci illərdə Soçidə prezidenti orta hesabla beş həkim müntəzəm olaraq müşahidə edib.
 
"Layihə" iddia edib ki, Putini Soçidə ən çox ziyarət edənlər otolarinqoloqlar, onkoloqlar, dermatoveneroloqlar, təcili yardım həkimləri, anestezioloq-reanimatoloqlar, nevroloqlar və infeksionistlər olub.
 
"Layihə" iddia edib ki, otolarinqoloqlardan biri Putini o qədər təqib edir ki, tədbirlər zamanı dövlət başçısı ilə birgə fotolarda görünür".
 
Tibbi dairələrdə prezidentin sağlamlığında problemlər barədə çoxdan danışılır, bu söhbətlər 2021-ci ilin payızında onun davranışlarında qəribəliklər baş verəndən sonra daha da güclənib. Bu da onunla bağlı olub ki, COVİD-19 ilə əlaqədar olaraq uzun zaman təcriddə olandan sonra Putin sentyabr ayında paraolimpiyaçılarla görüşüb, onlarn sıx əhatəsində olub. Birdən məlumat verib ki, təcridə getməlidir.
 
2020-ci ilin oktyabrında məşhur rusiyalı "öncəgörən" Putinin sağlamlıq problemlərindən danışıb.
 
2021-ci ilin yayında Valeri Solovey bəyan edib ki, "Sergey Şoyqunun əvvəlkitək təsiri yoxdur. O, Putinlə Sibirə sonuncu son dərəcə uğursuz səyahətindən sonra bu təsirini itirib. Bu səyahət zamanı nələrin baş verdiyi barədə Putinə məlumat verildikdən sonra onun heç xoşuna gəlməyib".
 
Britaniyanın "Daily Mail" nəşri mart məqaləsində "Beş göz" kəşfiyyat alyansındakı mənbələrə istinadən güman edib ki, Putinin son zamanlarda qəbul etdiyi qərarlar "steroid qəzəb" bağlı ola bilər.(Moderator.az)

Geri dön