Ana Sayfa > Karusel / Region > Rusiya ilə Ukrayna arasında artilleriya dueli nə ilə nəticələnəcək?

Rusiya ilə Ukrayna arasında artilleriya dueli nə ilə nəticələnəcək?


3-06-2022, 17:30. Yazar: Admin
Rusiya ilə Ukrayna arasında artilleriya dueli nə ilə nəticələnəcək?

ABŞ-ın yaylım atəşli reaktiv sistemləri Ukrayna ordusuna daha çox şans verir...

Yaylım atəşli reaktiv sistemlər nədir və ABŞ onları Ukraynaya niyə göndərir?

Müəllif yaylım atəşli reaktiv sistemlərinin (YARS) növləri və taktiki-texniki xüsusiyyətləri haqqında danışıb. Bu günlərdə Pentaqon elan edib ki, Ukraynaya qabaqcıl YARS və döyüş sursatı göndərəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın "New York Times" qəzetində dərc edilən məqalədə deyilib.

Ukraynanın şərqində aparılan döyüş əməliyyatları artilleriya duelinə çevrilib və Pentaqon elan edib ki, Kiyevə qabaqcıl YARS və döyüş sursatı göndərəcək ki, Ukrayna hərbçiləri Rusiya qarşısında üstünlüyünü təmin etsin.

Biz bu sistemlərin quruluşunu və münaqişənin dördüncü ayında onların necə yardım edəcəyini izah edəcəyik.

Raket artilleriyası nədir?

Raket artilleriyası bərk yanacaqlı mühərriklə hərəkətə gətirilir və müxtəlif döyüş başlıqları daşıya bilər. "Soyuq müharibə" zamanı raketlərin əksəriyyəti udarəolunan deyildi və böyük məsafələrə atəş zamanı son dərəcə dəqiq olmayıb.

1970-ci illərdə ABŞ-da üçüncü dünya müharibəsinin baş verəcəyi təqdirdə Qərbi Avropanın sərhədlərində Rusiyanın böyük miqdarda toplanan zirehli texnikası ilə mübarizə üçün yaylım atəşli reaktiv sistemləri-YARS MLRS  (Multiple Launch Rocket System) işlənib hazırlanıb.

M370 MLRS buraxılış qurğusu iki kapsul döyüş sursatı olan zirehli maşındır. Hər birində  atəş məsafəsi 32 km olan 6 kaset mərmisi və ya hərəsində bir idarə edilən və atəş məsafəsi 160 km-dək olan ATACMS raketi var.

23 tonluq buraxılış qurğusu tırtıl gedişlə saatda 60 km sürətlə hərəkət edib.

İllər sonra Pentaqon daha yüngül yük maşınında, daşınması daha rahat olan
HİMARS (High Mobility Artillery Rocket System) versiyasını təqdim edib. Öz sələfindən fərqli olaraq, hər bir M142 HİMARS yük maşını döyüş sursatı olan bir konteyner daşıyır, lakin həm yollarda, həm də dərə-təpələrdə daha sürətlə hərəkət edir və C-130 yük təyyarələri ilə daşına bilər.

ABŞ bu silahlardan istifadə edibmi?

Bəli, edib. Hökumətin məlumatına görə, "Səhrada tufan" əməliyyatında ABŞ ordusu İraq qüvvələrinə 17, 2 mindən çox idarəedilməyən və 32 daha iri idarəedilən ATACMS raketlər buraxıb. Bu zaman onların döyüş elementləri böyük faizdə işləməyib, partlamayan mərmilər çoxsaylı Amerika əsgərlərinin yaralanmasına və həlak olmasına gətirib çıxarıb.

2005-ci ildə İraqda döyüş əməliyyatlarının gedişində ilk dəfə olaraq yeni idarə edilən GMLRS raketi buraxılıb. Bu raketin atəş məsafəsi 65 km-dən çox, köhnələrdən iki dəfə uzaqdır, naviqasiya isə GPS-in köməyi ilə həyata keçirilir.

Ukraynada münaqişə başlanandan Pentaqon Ukraynaya 108 M777 haubitsası-hələ ki, Qərbin arsenalında olan ən ölümcül silah verib. GMLRS-in atəş məsafəsi 155 mm-lik haubitsa mərmilərindən iki dəfə çoxdur.

Konqresin Tədqiqatlar xidmətinin ötənilki məruzəsinə görə, 1998-ci ildən Pentaqon 42 mindən çox GMLRS-in alınmasına təxminən 5, 4 milyard dollar xərcləyib, İraqda və Əfqanıstanda səhra komandirləri onlardan istifadə edib.

Raketlə reaktiv mərmi arasında fərq nədən ibarətdir?

Bəzən terminologya çaşdırıcı olur. Reaktiv mərmilərə, adətən, nisbətən baha olmayan bərk yanacaqlı mühərriki olan döyüş sursatı aiddir. Raket isə, bir qayda olaraq, idarəedilən döyüş sursatları-daha bahalı və mürəkkəb, daha uzaq mənzilli silahdır.

Pentaqon artıq Ukraynaya baha olmayan, idarəedilməyən tankəleyhinə həm yaxın (AT-4), həm də uzaq (Javelin) mənzilli vasitələr göndərib.

Keçmişdə MLRS və ATACMS arasında fərq nəzərəçarpacaq olub, lakin son illər hərbçilər idarəedilən raketlərə (o cümlədən elə həmin GMLRS-yə) üstünlük verir ki, bunlar da köhnə konstruksiyaların yönləndirici və hərəki sistemlərinin daha da təkmilləşməsidir.

Burada maliyyə fərqi də var. GMLRS raketləri köhnə ATACMS və onları əvəzləyəcək Precision Strike Missle raketlərindən xeyli ucuzdur.

YARS nə dərəcədə güclüdür?

HIMARS və GMLRS-in birgə istifadəsi aviasiya zərbələri ilə müqahisə ediləcək atəş gücünü, həm də hərəki platformadan təmin edə bilər.

Ukrayna Silahlı Qüvvələri üçün bu, irəliyə doğru atılan addım olacaq. Hər bir M31 GMLRS raketinin döyüş hissəsi 90 kq partlayıcı maddənin yükünə malikdir, amma, məsələn, 155 mm-lik haubitsa mərmilərində bu, 8 kq təşkil edir.

M777 haubitsaların atəş sürəti dəqiqədə bir-iki atəş təşkil edir. GMLRS raketləri isə bir-neçə saniyə ərzində tək-tək və ya altısı bir dəfəyə buraxıla bilər, bu isə aviasiya bombası ilə müqayisə edilə bilər.

Rusiyada buna oxşar nəsə varmı?

Rusiya hərbçiləri Ukraynada 3 tip YARS  istifadə edir.

Ən iri qurğu 300 mm "Смерч"-dir, dəqiq idarəedilən raketlər buraxır, atəş məsafəsi GMLRS-lə müqayisə edilə bilər, hərçənd, döyüş əməliyyatlarının fotosunda az adam onları görüb.

Amerika sistemlərində başqa üstünlüklər varmı?

MLRS və HIMARS buraxılış qurğularının bir mühüm üstünlüyü var: onlar bir neçə saniyə ərzində tamamilə yenidən yüklənə bilir.

Hər iki qurğu bucurğatla( lebedka-ağırlıq qaldıran qurğu) təchiz edilib, o, boş konteyneri yerə endirir, yenidən qaldırıb başqa yerdə yerləşdirir. Rusiyanın analoqları isə mərmi mərmi dallnca əllə yüklənir.

Nədən ABŞ Ukraynaya daha uzaqmənzilli raketlər göndərməyib?

"New York Times" qəzetində dərc edilən məqaləsində prezident Co Bayden izah edib ki, ABŞ "Ukraynanı öz sərhədlərindən kənara zərbələr endirməyə təhrik
və buna kömək etmir".

Səhra artilleriyasında xidmət keçmiş və Pentaqonun planlarını müzakirə etməyə səlahiyyətli olamayan bir yüksək vəzifəli məmur məlumat verib ki, ordunun arsenalında ATACMS raketlərindən nisbətən az qalıb, olanlar isə ağır və gözlənilməz hallar üçün, məsələn, Şimali Koreya ilə müharibə və ya Tayvanı Çinin müdaxiləsindən qorumaq üçün nəzərdə tutulub.

Doğrudur, bəzən ABŞ ordusu ATACMS-i siqnal kimi buraxır, məsələn, bir həftə öncə Cənubi Koreya ilə təlimlərdə Şimali Koreya tərəfindən qitələrarası ballistik raket sınaqdan keçirilən zaman olduğu kimi.

Müəllif: Con İsmey (John lsmay)

(Moderator.az)


Geri dön