Ana Sayfa > Karusel / İqtisadiyyat > SOCAR: Azərbaycan heç vaxt qaz məsələsindən hərbi-siyasi təzyiq vasitəsi kimi istifadə etməyib

SOCAR: Azərbaycan heç vaxt qaz məsələsindən hərbi-siyasi təzyiq vasitəsi kimi istifadə etməyib


3-06-2022, 17:12. Yazar: Admin

SOCAR: Azərbaycan heç vaxt qaz məsələsindən hərbi-siyasi təzyiq vasitəsi kimi istifadə etməyib

"Biz heç vaxt qaz məsələsini siyasi və ya hərbi təzyiq vasitəsi kimi istifadə etməmişik".

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxış edərkən SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, alternativ enerji mənbələrin inkişafına baxmayaraq, karbohidrogenlər hələ 10 illiklər ərzində öz aktuallığını itirməyəcək.

Elşad Nəsirov onu da əlavə edib ki, Cənub Qaz Dəhlizi layihəsi artan tələbatı nəzərə alaraq yaradılıb və hazırda onun nəqletmə imkanlarının artırılması ilə bağlı danışıqlar gedir.

“Cənub Qaz Dehlizi” QSC-nin rəhbəri Əfqan İsayev çıxışında qeyd edib ki, hazırda QSC “yaşıl enerji” istiqamətində fəaliyyətinin genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı yekun investisiya qərarı qəbul edildikdən sonra yeni istiqamətlər nəzərdən keçirə bilər. Yayın sonuna kimi yeni enerji keçidi strategiyası hazırlanacaq. CQD-nin maraq dairəsində olan yeni istiqamətlər bunlardır: bərpa olunan enerji, enerji səmərəliliyi və emal (tullantılardan enerjiyə və suyun təmizlənməsi).


Geri dön