Ana Sayfa > Karusel / Qarabağ > Nazirlik: Zod qızıl yatağının 76 faizi Azərbaycan ərazisindədir

Nazirlik: Zod qızıl yatağının 76 faizi Azərbaycan ərazisindədir


3-06-2022, 17:04. Yazar: Admin

Nazirlik: Zod qızıl yatağının 76 faizi Azərbaycan ərazisindədir

Kəlbəcərdəki Zod qızıl yatağının 24 faizi Ermənistan, 76 faizi isə Azərbaycan ərazisindədir.

Qarabaginfo.az xəbər verir ki, bunu ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev Apa-nın sualına cavab olaraq bildirib.

O qeyd edib ki, yataqda ilkin olaraq 112 ton qızıl ehtiyatı var və gələcəkdə bu ehtiyatların yenidən qiymətləndirilməsi mümkündür: “İşğal dövründə ciddi şəkildə istismar həyata keçirilib. Ziyan hazırda qiymətləndirmə mərhələsindədir. Proses bitdikdən sonra qalıq ehtiyatlar hesablanacaq və dövlət tərəfindən, yaxud hər hansısa bir şirkət tərəfindən işlərə başlanılacaq”.


Geri dön