Ana Sayfa > Karusel / Sosial > 20 Yanvar dairəsinə giriş məhdudlaşdırılıb
20 Yanvar dairəsinə giriş məhdudlaşdırılıb30-04-2020, 11:22. Yazar: Admin |
Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırılır. Qarabaginfo.az xəbər verir ki, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva prospekti– Cavadxan küç. – 3-cü mkrn.dairəsi və ya Tbilisi prospekti – Əbdulvahab Salamzadə – Ceyhun Səlimov küçələri – 3 mkrn.dairəsi istiqamətlərindən istifadə edərək Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva pr-nin köməkçi yoluna çıxa bilərlər. Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin Alatava – Dadaş Bünyadzadə , Alatava – Müzəffər Həsənov küçələri istiqamətindən istər 20 Yanvar dairəsinə, istərsə də şəhərin digər istiqamətlərinə çıxa bilərlər.
Geri dön |