Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vəzifəsindən istefa verdiyi xəbəri yayılıb.
Qarabaginfo.az-ın xəbərinə görə, Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Müşkinaz Qasımova qazet.az-a açıqlamasında bildirdi ki, bu məlumat gerçəyə uyğun deyil.
“Yayılan xəbər həqiqəti əks etdirmir. Nazir hal-hazırda öz vəzifəsində çalışır.”
Qeyd edək ki, bu barədə məlumatı paytaxt.org xəbər saytı yerləşdirib.