Ana Sayfa > Karusel / Qarabağ > Müdafiə Nazirliyi: Düşmənin atəş nöqtələri susdurulub

Müdafiə Nazirliyi: Düşmənin atəş nöqtələri susdurulub


30-04-2020, 11:18. Yazar: Admin

 

Müdafiə Nazirliyi aprel döyüşlərinin nəticələrini açıqladı
   
Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.

Qarabaginfo.az xəbər verir ki,bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub.

Geri dön