Ana Sayfa > Karusel / Siyasət > Erməni siyasi xadim: “Rusiya Qarabağ öz tərkibinə daxil etməyəcək, ancaq oyun davam edəcək”

Erməni siyasi xadim: “Rusiya Qarabağ öz tərkibinə daxil etməyəcək, ancaq oyun davam edəcək”


3-06-2022, 14:08. Yazar: Admin

 

2019/09/4564-1569234310.jpg

 

“Hesab edirəm ki, müxalifət çıxılmaz vəziyyətə düşüb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Xristian-Demokrat Partiyasının lideri Levon Şirinyan deyib.

Onun sözlərinə görə, müxalifətin etdiyi dövlətçiliyə qarşı təxribatdır.

“Bu, terror ünsürlərinin olduğu iğtişaşdır. İndi kürəyi üstə də uzansanız, qarnı üstə də uzansanız, Rusiya Qarabağ öz tərkibinə daxil etməyəcək, ancaq oyun davam edəcək”, - deyə Şirinyan qeyd edib.

Şirinyan vurğulayıb ki, Ermənistanda oriyentasiya partiyası olmamalıdır.

““Elitar palçığ”ın hərəkətləri ölkənin yenidənqurma proqramına mane olur. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi, iqtisadiyyat məmurları istisna olmaqla, hökumətin əsas heyəti dəyişdirilə bilər”, - deyə erməni siyasi xadim bildirib

Geri dön