Ana Sayfa > Karusel / Kriminal > Abşeronda ata 35 yaşlı qızını qətlə yetirdi
Abşeronda ata 35 yaşlı qızını qətlə yetirdi3-06-2022, 13:58. Yazar: Admin |
Abşeronda ata qızını qətlə yetirib. Rayon Prokurorluğundan Qarabaginfo.az-a bildirilib ki, iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Geri dön |