Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Lavrov iyunun 10-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) XİN başçıları Şurasının iclasında iştirak edəcək.