Ana Sayfa > Karusel / Gündəm > Sabiq məmur qızının sığınacağındakı işgəncə olayından DANIŞDI
Sabiq məmur qızının sığınacağındakı işgəncə olayından DANIŞDI3-06-2022, 11:31. Yazar: Admin |
Bakıda azyaşlılara işgəncə verildiyi deyilən “Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov qızı ilə bağlı iddialara münasibət bildirib.
Z.Qasımov gündəmin əsas müzakirə mövzusuna çevrilən hadisə barədə Qarabaqinfo.az a açıqlama verərək, uşaq evində yoxlamaların aparıldığını təsdiqləyib:
“Qızım öz hesabına kimsəsizlər üçün sığınacaq yaradıb, insanlara dəstək olub, orada keçirilən monitorinq qanunsuzdur. Səhər saatlarında, uşaqlar yuxuda olarkən yoxlama aparıblar. Deyilənlərin heç biri doğru deyil”.
Z. Qasımov övladını atmış valideynlərdən birinin sığınacaqdan şikayət etdiyini söyləyib:
“Bir valideyn uşağını 6 aydır atıb. Qızım həmin uşağa sahib çıxıb. Sonra həmin valideyn gəlib uşağını istəyib. Uşaq getmək istəməyib. Deyib ki, mənim anam Könüldür, getmək istəmirəm. Uşaq öz anasının ona zülm etdiyini bildirib. Bundan sonra valideyn qızımdan şikayət edib ki, guya ona övladını görməyə icazə verilmir. Halbuki uşaq özü anasını görmək istəmirdi”.
Zülfü Qasımov qızına şər atıldığını, onun uşaqlara işgəncə vermədiyini sözlərinə əlavə edib.
Ötən gün Baş Prokurorluğun yaydığı məlumatda sığınacaqda azyaşlılara psixi və fiziki zorakılıq hallarının göstərildiyi qeyd olunub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Hadisənin baş verdiyi “Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımovadır. Geri dön |