Ana Sayfa > Karusel / Gündəm > Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirib


3-06-2022, 00:27. Yazar: Admin

Teroristi ne miruju u vrijeme korone | ARHIV STAV

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 5 silahlısını zərərsizləşdirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlılar İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən "Pençe-Kilit" əməliyyatı zonasında məhv edilib.

Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.


Geri dön