Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Suriyada avtobusda törədilən terror aktı nəticəsində 3 nəfər ölüb
Suriyada avtobusda törədilən terror aktı nəticəsində 3 nəfər ölüb2-06-2022, 21:56. Yazar: Admin |
|
Suriyanın şərqində Deyr əz-Zor əyalətində bir qrup terrorçunun avtobusa hücumu nəticəsində 3 nəfər ölüb, azı 21 nəfər yaralanıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, silahlı hücum vilayətin cənubundakı Əş-Şula bölgəsində həyata keçirilib. Ölən və yaralananlar mülki şəxslərdir. Hadisənin təfərrüatları dəqiqləşdirilir. Yaralılara lazımi tibbi yardım göstərilir. Geri dön |