Ana Sayfa > Karusel / Gündəm > Avropa İttifaqının səfirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib
Avropa İttifaqının səfirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib2-06-2022, 18:40. Yazar: Admin |
30-31 may tarixlərində Avropa İttifaqı Şurasının fövqəladə iclasının nəticələrinə uyğun olaraq, altıncı sanksiya paketinin COREPER II tərəfindən təsdiqlənib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasına hazırda prezidentlik edən Fransanın "Twitter" hesabında məlumat verilib. Bildirilib ki, bu altıncı paketində Rusiyaya qarşı sanksiyalar əhəmiyyətli dərəcədə yeni sahələri əhatə edir. Rusiyadan dəniz yolu ilə neft idxalına qadağa tətbiq olunur. Bu qadağa Almaniya və Polşanın qəbul etdiyi milli qərarlarla birlikdə ilin sonuna qədər Rusiya neftinin idxalını 92% azaldacaq. Bu, mümkün qədər tez bir zamanda Rusiyadan boru kəməri ilə neft idxalına qadağa qoyulması ilə tamamlanacaq. “Sberbank” və Belarus bankı da daxil olmaqla, üç Rusiya bankı Swift sistemindən ayrılır. Geri dön |