Ana Sayfa > Karusel / Gündəm > Britaniyada Kraliça Yelizavetanın taxta çıxmasının 70 illiyi qeyd olunub

Britaniyada Kraliça Yelizavetanın taxta çıxmasının 70 illiyi qeyd olunub


2-06-2022, 18:28. Yazar: Admin

Britaniyada Kraliça Yelizavetanın taxta çıxmasının 70 illiyi qeyd olunub

Kraliçası II Yelizavetanın taxta çıxmasının 70 illik platin yubileyi münasibətilə Londonda “Trooping The Colour” adlı təntənəli parad keçirilib.

Qarabaginfo.az-ın xəbərinə görə, Britaniya Ordusunun 1400-dən çox parad əsgəri, 200 at və 400 musiqiçi hər iyun ayında Kraliçanın rəsmi doğum gününü qeyd etmək üçün bu paradda bir araya gəlirlər.

 

Paradın sonunda kral ailəsinin üzvləri Kral Hava Qüvvələrinin uçuş şousunu izləmək üçün Kraliça ilə birgə Bukingem Sarayının eyvanında toplaşıblar.

Qeyd edək ki, paradın ilk hissəsində heyvan haqları müdafiəçiləri polis barrikadasını keçərək parada maneə törətməyə çalışıblar. Polis onları ərazidən uzaqlaşdıra bilib.


Geri dön