Ana Sayfa > Karusel / Region > Severodonetskdə 800-ə yaxın insan kimya zavoduna sığınıb

Severodonetskdə 800-ə yaxın insan kimya zavoduna sığınıb


2-06-2022, 17:53. Yazar: Admin

Severodonetskdə 800-ə yaxın insan kimya zavoduna sığınıb

Ukraynanın şərqindəki Severodonetsk şəhərində "Azot" kimya zavoduna 800-ə yaxın insan sığınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Luqansk regionunun qubernatoru Sergey Qayday CNN-ə deyib.

O bildirib ki, Rusiyanın intensiv atəşinə məruz qalan yerli sakinlər zavodun altındakı sovet dövründən qalma sığınacaqlarına yerləşiblər: “Orada yerli sakinlər var, onlardan şəhəri tərk etmək tələb olunsa da, bundan imtina ediblər. Sığınacaqdakıların arasında uşaqlar da var, amma onların sayı çox deyil”.

Qeyd edək ki, bu gün yerli rəsmilər Rusiya qüvvələrinin "Azot" zavodunu atəşə tutduğunu və inzibati binalardan birini və metanolun saxlandığı anbarı vurduğunu bildiriblər.


Geri dön