Ana Sayfa > Karusel / Dünya > Ankaraya barışıq mesajı - Ərdoğanın fotosunu paylaşdı

Ankaraya barışıq mesajı - Ərdoğanın fotosunu paylaşdı


2-06-2022, 16:23. Yazar: Admin

Finlandiya Prezidenti Sauli Ninistö Türkiyənin terrorla bağlı narahatlığının ciddiyə alınmalı olduğunu düşünür.

 

Qarabaginfo.az xəbər verir ki, dövlət başçısı ölkəsinin terrora qarşı olduğu vurğulayıb. O, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla olan fotosunu sosial şəbəkə hesabında paylaşaraq Ankaraya barışıq mesajı ünvanlayıb. 

 

Prezident, həmçinin Türkiyədə baş vermiş terror aktları nəticəsində çox sayda insanın həyatını itirdiyini etiraf edib, eyni zamanda terrorla bağlı həssaslığın ciddiyə alınmasının lazım olduğunu söyləyib.

 

2015-ci ildə Ankarada törədilən terror aktından sonra həyat yoldaşı ilə Türkiyəyə rəsmi səfər etdiyini deyən Prezident məlum hadisələri yaxından izlədiyini qeyd edib. 

 

 

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edərkən, NATO birdən-birə İsveç və Finlandiyanı alyansa daxil etmək istədiyini açıqlayıb. Bundan dərhal sonra İsveç və Finlandiya rəsmi olaraq üzvlük üçün NATO-ya müraciət ünvanlayıb. 

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu iki ölkənin terror təşkilatlarını, xüsusilə PKK və FETÖ-nü dəstəklədiklərini əsas gətirərək, onların üzvlüyünə müsbət baxmadığını bildirib. Qeyd olunub ki, İsveç və Finlandiya terrora dəstək siyasətindən əl çəkməsə, onların NATO-ya üzvlüyü mümkün olmayacaq. 


Geri dön