Ana Sayfa > Karusel / Siyasət > Qriqoryan Ermənistan-Azərbaycan sərhədininin delimitasiyasından danışdı
Qriqoryan Ermənistan-Azərbaycan sərhədininin delimitasiyasından danışdı2-06-2022, 15:59. Yazar: Admin |
Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyada tərəflərin nümayəndələrinin sayı ciddi rol oynamır. Qriqoryanın qeyd etdiyi kimi, komissiya üzvləri mütəxəssislərlə müxtəlif formatlarda məsələləri müzakirə edirlər.
Moskvada keçiriləcək ikinci görüşə gəlincə, Armen Qriqoryan “təbii ki, orada da sərhədin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunacaq” söyləyib. "Bu, birinci görüşün davamı olacaq. İşçi qruplar bu məsələdə irəliləyişin necə olacağını müzakirə edəcəklər", - Təhlükəsizlik Şurasının katibi izah edib. Qriqoryan deyib ki, iclasın dəqiq tarixi hələlik məlum deyil, baş nazirin müavini Mher Qriqoryan bu barədə məlumat olan kimi elan edəcək. A.Qriqotyanın sözlərinə görə, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi onun statusunu müəyyən etməlidir. "Biz əminik ki, statusu müəyyən edən hüquqlar və təhlükəsizlikdir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik". Xatırladaq ki, mayın 24-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sərhəddə görüşü baş tutub. Bu, Qriqoryanla Mustafayev arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işi çərçivəsində ilk danışıqlar olub. Mayın 25-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, gələn həftə Moskvada Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının növbəti iclası keçiriləcək.
Geri dön |