Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda problemli kreditlər martda artıb

Azərbaycanda problemli kreditlər martda artıb


29-04-2020, 16:50. Yazar: Admin

 

Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 386,8 milyon manat təşkil edib.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankın məlumatına görə martın 1-i ilə müqayisədə 6,9% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 8,9% artıb,  son 1 ildə isə 11% azalıb. 

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 8,9% təşkil edib. Bu nisbət fevralın sonuna və ötən ilin sonuna 8,3%, ötən il martın sonuna isə 11,9% olub. "Report"


Geri dön