Ana Sayfa > Karusel / Sosial > Koronavirusun qurbanları ən çox bu xəstəliklərdən ƏZİYYƏT ÇƏKİB

Koronavirusun qurbanları ən çox bu xəstəliklərdən ƏZİYYƏT ÇƏKİB


29-04-2020, 16:36. Yazar: Admin

Koronavirusa yoluxan və nəticədə ölən insanların əksəriyyəti azı bir, bəzən isə bir neçə xəstəlikdən əziyyət çəkiblər.

 

Qarabaginfo.az xəbər verir ki, ABŞ və bəzi Avropa ölkələrinin səhiyyə sistemlərinin ölən pasientlərlə bağlı açıqladığı ətraflı məlumatda onların virusun təsirini ağırlaşdıran hansı xəstəliklərdən əziyyət çəkməsi barədə ətraflı informasiya yer alıb.

Ən çox ürək-damar xəstəlikləri, aşağı nəfəs ollarının xroniki xəstəlikləri, həmçinin, diabet əsas ölüm halları arasında olub.

 

“Koronavirus ən böyük təhlükəni yaşlı insanlara, həmçinin, xəstəlikləri olan insanlara törədir. Çünki xroniki xəstəlik ağırlaşma və ölüm ehtimalı riskini artırır”-deyə Ümumdünya Səhiyyə Təşkilatı bir neçə dəfə açıqlama vermişdi.

 

ABŞ, Böyük Britanita və İtaliyada koronavirusdan ölənlərin böyük əksəriyyəti həm də ürək-damar xəstəliklərindən: ürəyin işemik xəstəliyi, hipertoniya və s. əziyyət çəkib.

İkinci əsas risk qrupuna aşağı nəfər yollarının xəstəliklərindən: xüsusən astma,ağciyərin xroniki obstuktiv xəstəliyi və s. daxildir.

 

Bundan başqa, şəkərli diabet xəstələrinin sayı da dünyadakı koronavirus qurbanları arasında xeyli yüksəkdir. Demenisiya, Alsheymer xəstələrinin də koronavirusa yoluxan zaman ölüm riski artır.

 

Çin statistikası ölkədə 4 mindən artıq koronavirus qurbanından üçdə birinin ağır xəstəlikdən əziyyət çəkmədiyini bildirsə də, digər ölkələrdə 90% ölüm halı patoloji xəstəliklərdən əziyyət çəkib. 

Məsələn, İtaliyada COVİD-19-dan ölən şəxs orta hesabla 3,3, Böyük Britaniyada isə 2,7 xəstəlikdən əziyyət çəkib. Modern.az


Geri dön