Ana Sayfa > Karusel / Gündəm > Yunanıstanda maska rejimi ləğv edilir

Yunanıstanda maska rejimi ləğv edilir


1-06-2022, 21:54. Yazar: Admin

Yunanıstanda maska rejimi ləğv edilir

Yunanıstanda sabahdan etibarən maskadan istifadə məcburiyyəti aradan qaldırılır.

Qarabaginfo.az “Le Matin” saytına istinadla xəbər verir ki, iyunun 2-dən etibarən qapalı məkanlarda maskadan istifadə məcburiyyəti aradan qaldırılır. Yalnız ictimai nəqliyyat və xəstəxanalar istisna təşkil edir.

Səhiyyə Nazirliyi bildirir ki, qərar 3 ay qüvvədə olacaq. Sentyabrda epidemioloji vəziyyət yenidən nəzərdən keçirilərək qərar veriləcək.

Ekspertlərin fikrincə Yunanıstan hökuməti Covid-19-la bağlı tələbləri turizmi canlandırmaq üçün yumşaldıb.


Geri dön