Ana Sayfa > Karusel / Gündəm > Ərdoğan: “Türkiyə və Pakistan birlikdə 4 freqat inşa edəcək”

Ərdoğan: “Türkiyə və Pakistan birlikdə 4 freqat inşa edəcək”


1-06-2022, 20:46. Yazar: Admin

Rəcəb Tayyib Ərdoğan

Türkiyə və Pakistan arasında hərbi sənaye sahəsində əməkdaşlıq genişləndiriləcək.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, 2023-cü ilin avqust ayında ikisi Türkiyədə, ikisi də Pakistanda olmaqla, cəmi 4 freqat tipli gəminin təhvil-təslim işləri başlayacaq.

Bundan əlavə, Ərdoğan ölkəsi ilə Pakistan arasında bütün sahələrdə əməkdaşlığın qenişləndirilməsinin vacibliyini vurğulayaraq, “Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlığı” iclasının bu ilin sentyabr ayında Pakistanda baş tutacağını qeyd edib.


Geri dön