Ana Sayfa > Karusel / Gündəm > Səfir: “Britaniya Ukraynanı hərbi cəhətdən dəstəkləməyə davam edəcək”

Səfir: “Britaniya Ukraynanı hərbi cəhətdən dəstəkləməyə davam edəcək”


1-06-2022, 18:45. Yazar: Admin

UK science, healthcare experience to save lives in Azerbaijan - James Sharp

Biz Rusiya işğalını dayandırana, onun işğalının qarşısı alınana və Ukrayna öz ərazi bütövlüyünü bərpa edənə qədər Ukraynanı dəstəkləyəcəyik.

Qarabaginfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

 

“Mən hərbi ekspert deyiləm, ancaq Ukrayna Rusiya qüvvələrini Kiyev, ölkənin şimal və Xarkov istiqamətlərində geri otuzdura bildi. Düşünürəm ki, son həftələrdə Ukrayna müsbət nəticələr əldə edib. Hazırda müharibənin hansı yerdə olduğunu və dəqiq nəticələri dəyərləndirmək çətindir. Biz bunu qarşıdakı aylarda görəcəyik. Britaniya Ukraynanı hərbi cəhətdən dəstəkləməyə davam edəcək. Biz Ukraynaya yalnız hərbi cəhətdən deyil, həm də humanitar cəhətdən dəstək veririk”, - diplomat qeyd edib.

Səfir qeyd edib ki, Britaniya Azərbaycanın Ukrayna xalqına göstərdiyi humanitar yardımı yüksək qiymətləndirir.


Geri dön