Ana Sayfa > Karusel / Gündəm > Bakıda əl qumbarası aşkarlandı - Fotolar

Bakıda əl qumbarası aşkarlandı - Fotolar


1-06-2022, 11:40. Yazar: Admin

Bakıda əl qumbarası aşkarlandı

Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin ərazisində hərbi sursat aşkarlanıb.

Qarabaginfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın partladıcısı üzərində olan döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin pirotexnikləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 




 


Geri dön