Ana Sayfa > Karusel / Gündəm > Rusiyadan üçüncü ölkələrə neft tədarükünə qadağa qoyula bilər

Rusiyadan üçüncü ölkələrə neft tədarükünə qadağa qoyula bilər


1-06-2022, 00:01. Yazar: Admin

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar ətrafında müzakirələr aparır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski məlumat verib.

Onun sözlərinə görə, Polşa və bir sıra digər ölkələr artıq Rusiyadan üçüncü ölkələrə neft tədarükünə qadağa qoyulmasını müzakirə edirlər.

2021-ci ildə Rusiya neftinin əsas alıcıları Çin, Niderland, Almaniya, Belarus, Koreya, Polşa olub.

Qeyd edək ki, Aİ sanksiyalarının 6-cı paketinə Rusiyanın enerji idxalına qismən embarqo qoyulması daxildir, lakin sanksiya rəsmi şəkildə təsdiqlənməyib.


Geri dön