Ana Sayfa > Karusel / Gündəm > Matviyenko Rusiyanın Ukrayna ilə sülh sazişləri imzalamağa hazır olduğunu deyib

Matviyenko Rusiyanın Ukrayna ilə sülh sazişləri imzalamağa hazır olduğunu deyib


31-05-2022, 23:02. Yazar: Admin

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko

Rusiya Ukrayna ilə danışıqlara və sülhə gətirib çıxaracaq sazişlərin imzalanmasına açıqdır.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Mozambik prezidenti Filipe Nyusi ilə görüşündə bildirib.

 

Matviyenko deyib ki, Kiyevdən bununla bağlı reaksiya yoxdur.

Spiker Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinin zəruriliyi ilə bağlı Mozambik prezidentinin mövqeyi ilə tam razı olduğunu bildirib.

Onun fikrincə, bunun üçün tərəflərin iradəsi çox vacibdir.


Geri dön