Ana Sayfa > Karusel / Gündəm > ABŞ-da Azərbaycanla bağlı təqdimat olub
ABŞ-da Azərbaycanla bağlı təqdimat olub31-05-2022, 22:35. Yazar: Admin |
ABŞ-da Azərbaycanla bağlı təqdimat olub. Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən verilən məlumata görə,səfir Xəzər İbrahim ABŞ-ın Pennslvaniya ştatına səfərdə edib. Səfər çərçivəsində ştatının neft tarixi ilə zəngin Venanqo bölgəsində “Drake Well” muzeyini ziyarət edilib, muzeyin kuratoru Sui Bites muzeylə bağlı ətraflı məlumat verib. Daha sonra səfir muzeyin qarşısında Azərbaycanla bağlı təqdimat edib. Təqdimat zamanı yerli icma nümayəndələri ilə yanaşı Oyl Siti şəhərinin meri Bill Mun, Titusvil şəhərinin meri Con Krouç, Venanqo bölgəsinin komissarları Səm Briin və Mayk Dulani, o cümlədən ABŞ Konqresmeni Qlen Tompsonun ofisinin nümayəndələri iştirak ediblər. Səfir təqdimat zamanı Azərbaycanın neftlə bağlı ortaq dəyərləri bölüşən Pensilvaniyanın neftlə zəngin bölgəsinə gəlməkdən məmnunluq duyduğunu ifadə edib və ölkəmizin neft tarixi və sənayesi barəsində məlumat verib. O, Azərbaycanda ilk neftin ABŞ-ın Titusvil ərazisindəki Dreyk bölgəsində çıxarılan ilk neftdən tam 13 il əvvəl, 1846-cı ildə-cı ildə çıxarıldığını xüsusi qeyd edib. Çıxışı zamanı o, ölkəmizdə neft resurslarından iqtisadiyyatın diversifikasiyası üçün istifadə olunduğunu, “qara qızılın insan kapitalına çevrilməsinə ”xüsusi diqqət yetirildiyini bildirib. Səfər çərçivəsində səfir Oyl Siti şəhərinin 60-dan çox ali məktəb tələbəsinin iştirak etdiyi görüşə qatılıb, onların çoxsaylı suallarını cavablandırıb. Daha sonra Oyl Siti şəhərində ABŞ-ın neft tarixində xüsusi əhəmiyyət kəsb edən “Transit”və “Mellon Bank” binalarına baxış keçirilib, yerli tarxiçilər onlar barəsində ətraflı məluamt verib. Səfər zamanı səfir mətbuat nümayəndələri üçün brifinq keçirib və bununla bağlı ABŞ mətbuatında çoxsaylı məqalələr dərc edilib. Geri dön |