Ana Sayfa > Karusel / Gündəm > Ruslar Ukraynada azot turşusu olan tankeri vurdu

Ruslar Ukraynada azot turşusu olan tankeri vurdu


31-05-2022, 21:25. Yazar: Admin

Rusiya Ukraynanın Sievierodonetsk şəhərində azot turşusu olan tankeri vurub.

Qarabaginfo.az xəbər verir, bu barədə vilayət rəhbəri Sergey Qaydai özünü teleqram kanalında məlumat yayıb.

Tankerin hərbi təyyarələr tərəfindən vurulduğu bildirilir.

O, kimyəvi turşu tabkerindən çıxan zəhərli tüstülərin yaratdığı risk səbəbindən yerli sakinləri bomba sığınacaqlarını tərk etməməyə çağırıb.

Qaydai yaşayış binalarının üzərində böyük çəhrayı buludun göründüyü fotoşəkil paylaşıb.


Geri dön