Ana Sayfa > Karusel / Gündəm > Yamaykanın Baş naziri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Yamaykanın Baş naziri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb


31-05-2022, 18:19. Yazar: Admin

Prezident İlham Əliyev

Yamaykanın Baş naziri Endryu Holness Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:

 

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Yamayka hökuməti və xalqı adından Azərbaycan hökuməti və xalqına səmimi təbriklərimi çatdırıram.

Yamayka əsası 1995-ci ildə qoyulmuş diplomatik münasibətlərimizə böyük önəm verir və qarşıdakı illərdə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir.

Zati-aliləri, xahiş edirəm, Azərbaycan hökumətinə və xalqına davamlı sülh və firavanlıq arzularımı qəbul edin".


Geri dön