Ana Sayfa > Karusel / Dünya > Xersonda rubl dövriyyəyə buraxıldı
Xersonda rubl dövriyyəyə buraxıldı31-05-2022, 15:04. Yazar: Admin |
Rusiyanın ələ keçirdiyi Ukraynanın Xerson vilayətində rubl tam dövriyyəyə buraxılıb.
Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov məlumat verib.
Mer qeyd edib ki, mayın 30-dan etibarən vilayət ərazisində bütün mağazalarda rubl və qrivna ilə alış-veriş etmək tələb olunur.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyat zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Vilayət mayın 28-i Moskva vaxtına keçib. Geri dön |