Ana Sayfa > Karusel / Siyasət > “Qarabağ Azərbaycan deyil” deyə bilmərəm – Simonyan

“Qarabağ Azərbaycan deyil” deyə bilmərəm – Simonyan


31-05-2022, 14:44. Yazar: Admin

Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni hökumətinin Qarabağı Azərbaycanın bir hissəsi kimi görmədiyini deməkdən imtina edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

“Mən belə bir şeyi deyə bilmərəm, çünki danışıqlar prosesi gedir. Bu bəyanatla mən həm danışıqlardakı erməni tərəfini, həm də bütün danışıqlar prosesini fakt qarşısında qoymuş olaram”, - Simonyan bildirib.

İyunun 3-də erməni müxalifəti parlamentin növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. İrəvan müxalifəti bildirir ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməyəcək. Paşinyanın Mülki Müqavilə Partiyası artıq bu iclasda iştirak etməyəcəyini bəyan edib.

 


Geri dön