Ana Sayfa > Karusel / Siyasət > Borrell: "Aİ neft baxımından Rusiya üçün vacib müştəri idi"

Borrell: "Aİ neft baxımından Rusiya üçün vacib müştəri idi"


31-05-2022, 12:21. Yazar: Admin

Cozep Borrell

"Avropa İttifaqı neft baxımından Rusiya üçün vacib müştəri idi".

Qarabaginfo.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell jurnalistlərə açıqlamasında deyib.

"Sözsüz ki, biz Rusiyanın öz neftinin başqa bir ölkəyə satmasının qarşısını ala bilmərik, biz o qədər güclü deyilik. Ancaq, Aİ Rusiya üçün ən vacib müştəri idi. İndi onlar başqa bazar tapmalı və qiymətləri endirməlidir. Məqsəd Rusiyanın daha az maliyyə resursları əldə etməsidir ki, bununla da müharibə maşınını daha az "qida"landıracaq. Dəqiqdir ki, bu baş verəcək".


Geri dön